Liseyimizin şagirdi "İnfo Cup" proqramlaşdırma müsabiqəsindən ölkə üzrə ilk qızıl medalı qazanıb

17 Fevral 2024

10-11 fevral 2022-ci il tarixlərində təşkil edilən məktəblilərin 8-ci "İnfo cup" proqramlaşdırma müsabiqəsi keçirilib.
Məktəblilərin p​​​​roqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada liseyimizin X sinif şagirdi Dəmirli Ayxan uğurla çıxış edərək qızıl medal qazanıb. Bu yüksək nəticəyə görə Ayxanı ürəkdən təbrik edirik. 

Qeyd edək ki, Ayxan 2023-cü ilin RFO üzrə qızıl medalçı və eyni zamanda Avropa Gənclər Olimpiadası (EJOI) və Beynəlxalq Jautikov olimpiadasında (IzHO) gümüş mükafatçıdır.