Liseyimizin müəllimləri “İnkişaf və karyera” seminarında iştirak ediblər

16 Aprel 2024

“Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı ilə Azərbaycanın təhsil işçiləri Tbilisiin Şərq Qərb Universitetində “İnkişaf və karyera” seminarında iştirak ediblər.

Şərq Qərb Universitetinin rektoru Şalva Petriaşvili Azərbaycandan gələn heyətə təhsil ocaqlarındakı şərait və universitetlərində tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat verib.

Daha sonra azərbaycanlı müəllimlər təlimlərdə iştirak edərək təhsildə texnoloji yeniliklər və məktəbin idarəolunması mövzusunda təlimlərdə iştirak edərək, təhsildəki son akademik yeniliklər barədə məlumatlandırılıblar.

Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda gürcüstanlı həmkarlarına məlumat veriblər.

Sonda proqram iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı və “Peak Network”un tərəfdaşlığı ilə Şərq Qərb Universitetində keçirilən “İnkişaf və karyera” seminarında liseyimizin İngilis dili müəllimi Xanım Şamilova, Azərbaycan dili müəllimləri Pərvin Qəribova və Aynurə İsmayılova iştirak ediblər.