Liseyimizin müəllim və şagird kollektivi Akademik Zərifə Əliyevanın məzarını ziyarət etdilər

27 Aprel 2018

 Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. Bu münasibətlə 27.04.2018 tarixində liseyimizin müəllim və şagird kollektivi Akademik Zərifə Əliyevanın məzarını ziyarət etmək üçün Fəxri Xiyabanın qarşısında toplaşdılar. Kollektivimiz öncə Ümummilli Lider Heydər Əliyevin sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər, əklil və tər güllər qoydular. Görkəmli şəxsiyyətlərin ruhuna dualar oxunduqdan sonra xatirə şəkilləri çəkildi.