Liseyimizin IX sinif şagirdi Fəxri fərmanla təltif olunub

04 Oktyabr 2022

Liseyimizin 9a1 sinif şagirdi Təhməzli Şəfəq Yasamal rayon Gənclər və İdman İdarəsinin 27 senyabr – Anım Gününə həsr olunmuş orta ümumtəhsil məktəbləri arasında “44 günlük zəfər yolu” mövzusunda keçirilən rəsm müsabiqəsində iştirak etmiş və iştirakına görə fəxri fərmala təltif olunmuşdur. Şagirdimizi təbrik edir və gələcək müsabiqələrdə və yarışlarda da uğurlar arzulayırıq.