Liseyimizin AzelCrew robototexnika komandası FLL-də "Əsas Dəyərlər" nominasiyası üzrə 1-ci yerə çıxmışdır

12 May 2018

  Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı təşkil olunub.  Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib.

  “Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb. Liseyimizin AzelCrew komandası "Əsas Dəyərlər" nominasiyası üzrə 1-ci yerə çıxmışdır. Qaliblərimizi təbrik edir və uğurlarının davamını diləyirik.