Liseyimizdə “ZAHS STEAM” həftəsi təşkil ediləcək

22 Aprel 2022

23-27 may tarixlərində liseyimizin şagirdləri üçün Zəfər ilinə həsr edilən "ZAHS STEAM" həftəsi təşkil ediləcəkdir.
Festival həftəsinin proqramı və qaydalar aşağıdakı kimidir:

20 may 2022-ci il tarixinə qədər aşağıdakı sahələrdən birində işlərinizi təqdim edə bilərsiz. Bütün kateqoriyalarda fərdi və ya 2 nəfərlik komanda şəklində qeydiyyatdatdan keçmək mümkündür. Qaliblər hakimlərin verdiyi ballar əsasında festivalın bağlanış günü - 27 may 2022-ci il elan ediləcək.

  • 3D dizayn və çap - “Şuşanı quraq” mövzusunda işlərinizin dizaynı və çap olunmuş hazır faylları ilə kateqoriyada iştirak edə bilərsiz.
  • "Open projects"
  • "28 May-Müstəqillik günü" ilə bağlı ən yaxşı təqdimat (8-10 slayd)
  • Katapult yarışı – Katapultunuzu hazırlayın və yarışa qatılın. Verilmiş 10 topdan 2 metr uzaqlıqda olan səbətə maksimum top salmış komanda qalib hesab edilir. Top sayı eyni olduqda vaxt amili üzrə qiymətləndirmə aparılacaq.
  • Sumo yarışı (komanda sayı robotların sayına görə məhdudlaşdırıla bilər)
  • Proqramlaşdırma hakatonu
  • Breyn Rinq (5 nəfərlik komandalar)

23 may “Hakaton”

Fərdi və ya 2 nəfərlik komanda şəklində qatıla bilərsiniz. İştirakçılar hakatona şəxsi komputerləri ilə qatılmalıdır. Qeydiyyat üçün son tarix 20 may 2022-ci ildir.
Hakaton əvvəlcədən elan edilməmiş mövzuda, 3 saat ərzində təşkil olunacaq. Qaliblər hakimlərin verdiyi bal əsasında festivalın bağlanış günü (27 may 2022-ci il) elan ediləcək. İştirakçılara iştirak sertifikatı, ilk 3 yerə fərqlənmə sertifikatı, qalibə kubok və xatirə hədiyyələri təqdim ediləcək.
9-cu,10-cu siniflər

24-25 may - Breyn Rinq

Hər sinif adından 5 nəfərlik komanda şəklində qatıla bilərsiz. Qeydiyyat üçün son tarix 20 may 2022-ci ildir. Breyn Rinq “Ümumi informatika bilikləri” mövzusunda, turnir şəklində təşkil olunacaq. İştirakçılara iştirak sertifikatı, ilk 3 yerə fərqlənmə sertifikatı, qalibə kubok və xatirə hədiyyələri təqdim ediləcək.

26 may- Müəllimlər üçün master klass

Müəllimlər üçün “mikrobitlə layhələr” mövzusunda master klass
Master klassda köməkçi kimi iştirak etmək istəyən şagirdlər "Şagird parlamentinə" müraciət edə bilər.

27 may- Bağlanış mərasimi (Təltifetmə)

Festival günü siz "dron show" (sinxron), "Humanoid robot show", "mənim gələcək texnoloji dünyam " mövzusunda rəsm sərgisini izləyəcəksiniz. Canlı olaraq keçirilən katapult və sumo yarışlarında qaliblər müəyyən ediləcək, həmçinin öncədən digər kateqoriyalarda hakimlərin seçdiyi qaliblər elan ediləcək. 

Hər birinizə uğurlar arzulayırıq!