Liseyimiz 20 layihə ilə “Sabahın Alimləri” VII Respublika müsabiqəsinin final mərhələsinə adlamışdır

18 Yanvar 2018

 Intel ISEF müsabiqəsi 1950-ci ildən başlayaraq Society for Science and the Public (Elm və Xalq naminə Cəmiyyət) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən Intel korporasiyası ISEF-in baş sponsoru kimi bu müsabiqəni özünün Intel “Təhsildə novatorluq” korporativ proqramı çərçivəsində, habelə Intel Foundation xeyriyyə fondunun dəstəyi ilə təşkil edir. Azərbaycan bu tədbirə 2011-ci ildə qatılmış, 2012-ci ildən isə iştirak edır. Ölkəmizdə yerli müsabiqə "Sabahın Alimləri" adıyla keçirilir.

 Hər il olduğu kimi Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri də bu nüfuzlu müsabiqədə öz layihələri ilə iştirak edirlər. "Sabahın Alimləri" Təşkilat Komitəsi tərəfindən açıqlanan rəsmi məlumata görə bu ilki müsabiqənin final mərhələsinə şagirdlərimizin 20 layihəsi buraxılmışdır. Şagirdlərimizi təbrik edir və uğurlarının davamını arzulayırıq.