Komandamız "FIRST LEGO LEAGUE Challenge" yarışmasının Azərbaycan finalında qaliblər sırasında yer alıblar

10 Mart 2023

9-10 mart tarixlərində təşkil edilən Azərbaycan finalında liseyimizin komandası 4-cü yerə layiq görülüb.Komandamıza kubok və medallar təqdim edilib.
Komandamızı təbrik edir, bol-bol uğurlar arzulayırıq.
Qeyd edək ki, " FIRST LEGO League (FLL) " məktəbliləri STEAM məzmununa uyğun robototexnika vasitəsilə praktik öyrənməyə, sınaqdan keçirməyə, kodlaşdırma, dizayn, həmçinin əməkdaşlıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyə həvəsləndirir. Təhsilalanlarda məzmuna uyğun bacarıqlar üzə çıxarılır və yarış ərzində inkişaf etdirilir. Maraqlı və əyləncəli təşkil olunan FLL komandaların öyrəndikləri bilik və bacarıqları, həmçinin hazırladıqları layihələrin (robotların) nümayiş etdirməsi üçün bayrama çevrilir. Yuxarı yaş qrupu üçün olan kateqoriyalarda isə iştirakçı komandalar layihələri ilə yanaşı quraşdırdıqları robotlar ilə yarışırlar.