“İstedadlar sorağında”müsabiqəsi

30 Noyabr 2016

Noyabr ayının 30 da  liseyimizdə “İstedadlar sorağında” müsabiqəsi keçirildi. Hər il keçirilən bu müsabiqənin əsas məqsədi  şagirdlərimizin istedad və bacarıqlarını üzə çıxarmaqdan ibarətdir.

Liseyimizin müəllimləri tərəfindən bacarıqları qiymətləndirilən 9, 10 və 11-ci sinif şagirdləri “şeirin ifadəli oxusu”, “rəqs”, “mahnı ifası”, “musiqi alətində ifa”, “aktyorluq” nominasiyaları üzrə öz bacarıqlarını göstərdilər.