İnteqrativ açıq dərs 9a2 sinfində

22 Dekabr 2016

Dekabrın 22- də liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvin Qəribovanın 9a2 sinfində açıq dərsi oldu. Açıq dərsin mövzusu A.İldırımın “Qara dastan” şeirinin təhlili idi. Dərs inteqrativ formada (tarix və coğrafiya fənni) keçirildi.

Şagirdlərdə belə bir qənaət möhkəmləndi ki, vətənə həsr olunmuş əsərdə yaşanmış faciələrdən doğan acı duyğular, xalqın və vətənin ağır günləri ilə bağlı kədərli düşüncələr geniş əksini tapmışdır. A.İldırımın şeiri məhz bu qəbildən olub, ciddi ictimai məzmunu ilə seçilir. Şagirdlər əsəri  təhlil edərkən yalnız bədii cəhətdən deyil, əsərin yazılma tarixi, həmin dövrdə tarixi şərait, əsərdəki coğrafi məkanları və s.ətraflı araşdırdılar.

Sonda dərsin əvvəlində şagirdlərə paylanmış pazlları  birləşdirərək müstəqil Türk dövlətləri əks olunan rəsm yaratdılar.