İnnofest çərçivəsində keçirilən pitching müsabiqəsində şagirdlərimizin uğuru

02 İyun 2019

   İyunun 1-də Heydər Əliyev mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.

   Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib.

İnnoFest Village”də təşkil olunan tədbirlərdən biri də “TechFest” sərgisi olub.

Sözügedən sərgi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Mars Academy” tərəfindən Bakıda ilk dəfə keçirilib. “TechFest Bakı” yerli istehsalçılar üçün öz məhsullarını sərgiləmək, master-klaslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə təqdim etmək üçün geniş imkanlar təqdim edib. Yerli “maker”lər öz məhsullarını innovasiyalar agentlyinin stendində nümayiş etdirib.

  “İnnoFest Village”i ziyarət edən ABŞ-ın ölkəmizdəki səfiri Li Litsenberqer “TechFest” sərgisində olub. O, ən çox bəyənilən layihələri mükafatlandırıb.

   Təsadüfi deyil ki, istedadlı şagirdlərimiz burada da özlərini sübüt etmişlər. Belə ki, Aydan Qədirzadənin "Elektromobillərin əlavə qidalanası" layihəsi I yerə, Qədimov Nofəl və Qasımzadə Zəhranın "Click energy" layihəsi isə III yerə layiq görülüb. Qalibləri təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!