"İnkişaf Zamanı" proqramı və "MitsOst"un dəstəyi ilə "Arzular haqqında hekayələr" layihəsi çərçivəsində liseydə təlim keçirilib

21 Oktyabr 2016

Oktyabrın 21-i "İnkişaf Zamanı" proqramı və "MitsOst"un dəstəyi ilə "Arzular haqqında hekayələr" layihəsi çərçivəsində Akademik Zərifə Əliyeva adına liseydə təlim keçirilib. Təlimdə 50-dən çox şagird iştirak edib.

İlk olaraq çıxış edən Arif Feyziyev və Nisə Rəhimova layihənin məqsədindən, görülən işlərdən bəhs edib. Daha sonra təlimçilər Gülnarə İsmayılova və Elmurad Məmmədov "Necə ixtisaslı kadr olmaq olar?" , "İstəklərimiz yoxsa bacarıqlarımız?" , "Uğurlu karyeraya gedən yol nələrdən keçir?" , "Düzgün ixtisas seçməməyin mənfi nəticələri" mövzularını özündə əks etdirən təlim proqramı ilə çıxış edərək şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, layihənin keçirilməsində başlıca məqsədi istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və cəmiyyətimizin formalaşmasında incəsənətin rolunun vacibliyi mesajını insanlara ötürməkdən ibarətdir.