İngilis dilində Intelektual viktorina.

25 Noyabr 2016

Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dil ünsiyyət vasitəsidir. Bu ünsiyyət vasitəsi sayəsində bizlər fərqli mədəniyyətlər, tarix və ədəbiyyatla, ən əsası yeni insanlarla  tanış oluruq.  İngilis dili günümüzdə işlənmə dərəcəsinə görə ən aktiv dillərdən biridir. Bu dili öyrənməklə Siz yaxın 10 ildə bu dildə 2 milyard insandan biri ola bilərsiniz.  Bu dili öyrənmək 55%-i İngilis dilində olan veb saytlardan istifadə  imkanını genişləndirir. Dili  öyrənmək isə  gələcək iş həyatınızda da Sizə köməklik edə bilər.  

2016-cı il 25 noyabr  tarixində Akademik Zərifə Əliyeva adına liseydə İngilis dili müəllimi Aslanova Gülxas xanımın rəhbərliyi ilə İngilis dilində intellektual viktorina təşkil olundu. Viktorinada liseyin 9-cu siniflərindən təşkil olunmuş 4 komanda iştirak edirdi. Gərgin mübarizə şəraitində keçən viktorinanın yekun nəticələri:

1-ci yer 9a2  sinfinin ‘’Tiger’’ komandası

2-ci yer 9 a1 sinfinin ‘’Swans’’ komandası

3-cü yer 9r4  sinfinin ‘’Lions’’ komandası

4-cü yer  yığma  komanda  ‘’Eagles’’ komandası

İntellektual-əyləncəli viktorinadan yadda qalan ən əsas amil 4 komandanın  ədalətli mübarizəsi və 11-ci siniflərin 9-cu siniflərə göstərdikləri dəstək idi. Viktorinanın əsas qalibi isə məhz Həmrəylik oldu.