İngilis dili fənni... Tamara Əliyevanın açıq dərsi

23 Fevral 2017

Uğur gedilən yoldur.

Ben Svitland

Uğur çatılacaq məqam deyil, gedilən yoldur. Bu yolda qazanılan mənəvi nemət isə müdriklikdir.

23 fevral 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 9R2 sinfində  İngilis dili müəllimi Tamara Əliyevanın "The road to success" mövzusunda açıq dərsi baş tutdu.

Dərsdə Tamara Əliyeva istər dünya, istərsə də Azərbaycanda uğur qazanmış elm, ictimai, siyasi xadimlər haqqında müzakirələr apararaq şagirdləri aktiv işə cəlb etdi. Dərs zamanı şagirdlər İngilis dilində sərbəst danışma, yazma, oxuma bacarıqlarını nümayiş etdirdilər. Açıq dərs öz innovativ-inteqrativliyi ilə seçildi. Tamara Əliyevanın dərs zamanı tətbiq etdiyi bir sıra yeni metodlar, xüsusilə də Piqmalion üsulu şagirdlərin diqqətini cəlb etdi. Şagirdlər tapşırıqların həllinə yaradıcı yanaşmaları və suallara əsaslandırılmış şəkildə, müdrikcəsinə cavab vermələri ilə yadda qaldılar.