“İdeya var!” gənclərin I ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində möhtəşəm qələbə

03 Fevral 2017

                      Daşlar deyil, görülən işlər abidələri meydana gətirir.

Motley

2017-ci il 3 fevral tarixində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən  “İdeya var!” gənclərin I ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirmək olub.   

Müsabiqə 4 nominasiya üzrə aparılıb:

  • Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması
  • Qeyri-formal təhsil və gənclərin innovativ yaradıcılığı
  • Ekologiya və sağlam həyat tərzi
  • Sosial həyat

“İdeya var!” müsabiqəsində Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri  liseyimizi layiqincə təmsil ediblər. Müsabiqəyə təqdim edilən 3 layihədən 2-si uğur qazanıb.  “AY TRY” (Toxmaqla Ritmik Yeriş-Azərbaycan İdman Yerişi)  layihəsi üzrə 10r1 sinif şagirdi Məlikzadə Mahirə I yerə, digər layihə üzrə isə şagirdlərimizdən ikisi: XI a1 sinif şagirdi Adilov Toğrul və XI r2 sinif şagirdi Babayev Fərid III yerə layiq görülüb.  Şagirdlərimizi səmimi qəlbdən təbrik edir və uğurlarının davamını diləyirik.