Heydər Əliyev Mərkəzinə ekskursiya

27 Sentyabr 2016

 Sentyabrın 27-də Beynəlxalq Turizm Günü ilə əlaqədar Yasamal rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü keçirildi. Bununla əlaqədar olaraq liseyimizin 9a1 sinif şagirdləri mərkəzdə ekskursiyada oldular. Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzin “Muzey” , “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələrində olan şagirdlərimiz Heydər Əliyevin mənalı həyat yolunu, zəngin siyasi irsini özündə əks etdirən eksponat, fotostend və kitablarla yaxından tanış olmaq imkanı əldə etdilər və ümummilli liderin həyatı və siyasi irsi haqqında bir çox məlumatla tanış oldular.