Hər fəsildə öyrənək

25 İyun 2021

"Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək məqsədi ilə Akademik Zərifə Əliyeva adına liseydə təşkil olunmuş “Yay məktəbi”ndə bir-birindən maraqlı və əyləncəli dərslər keçirilir. 
     Sevimli müəllimləri və sinif yoldaşları ilə  yenidən bir arada olduqları üçün  liseyin 9 və 10-cu sinif şagirdləri bu dərslərdə  həvəslə iştirak edirlər.