“Fənlərin Dostluğu Olimpiadası”nın qalibi liseyimizin 9-cu sinif şagirdi oldu

28 Dekabr 2016

                                                                                         Bəşəriyyət elmlərin dostluğu ilə yüksələcəkdir.

 

FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASININ QALİBLƏRİ BƏLLİDİR
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə keçirilən və 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Fənlərin Dostluğu Olimpiadası”nın nəticələri bəllidir. Olimpiadada iştirak edən 2 minə yaxın şagird arasında ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Builki Olimpiadada 1-ci yerin 2 sahibi var. Onlar Sumqayıt şəhəri texniki təbiət elmləri liseyinin və Biləsuvar rayonu Mübariz İbrahimov adına liseyin şagirdləridir. Mükafatlandırma mərasimi dekabr ayının sonunda təşkil olunacaqdır. 
Respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX və X sinif şagirdləri arasında keçirilən Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandırıblar. Bakı, Sumqayıt və Şəmkir şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada suallar fənlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunub. Olimpiada artıq yeddinci dəfədir təşkil olunur. 
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Yes Travel Nizami Kino Mərkəzi, Altun Kitab, Kitabevim.az kitab mağazaları şəbəkəsidir. ATV, trend.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın informasiya tərəfdaşlarıdır. 
Aşağıda mükafatlandırılacaq şagirdlərin siyahısını təqdim edirik. Digər şagirdlər ümumi nəticələrlə inteqrasiya.az saytından tanış ola bilər. 
I Yer- Hidayət Ələkbərli- Sumqayıt şəhəri texniki təbiət elmləri liseyi
I Yer- Xəlil Ağayev - Biləsuvar rayonu Mübariz İbrahimov adına lisey
II Yer- Nail Əliyev –Sumqayıt şəhəri “İstedad” liseyi
III Yer- Leyla İsgəndərova - Sumqayıt şəhəri “İstedad” liseyi
III Yer-Toğrul Hacızadə- Akademik Zərifə Əliyeva adına lisey
Əliyar Məmmədov – Binəqədi rayonu 314 saylı orta məktəb
IV Yer- Şəlalə Əliyeva – Sumqayıt şəhəri 25 saylı orta məktəb
Aytac Babayeva - Sumqayıt şəhəri “İstedad” liseyi
Xanım Göyçayeva – Bakı şəhəri Xətai rayonu 24 saylı orta məktəb
Nicat Zəkəriyəzadə - Avropa Azərbaycan məktəbi