Elektron qeydiyyat və sənəd qəbuluna start verilir

15 Aprel 2022

2022-2023 tədris ili üçün liseyə qəbul imatahanı 05 iyunda təşkil olunacaq. Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər ilk öncə mütləq elektron qeydiyyatdan keçməlidirlər.

Elektron qeydiyyat 30 may saat 18:00-da bitəcək. 

Onlayn qeydiyyatdan keçən şagirdlər sənədlərini 31 may saat 13:00-a qədər qəbul şöbəsinə təqdim etməlidir.

Şagirdlərin imtahana buraxılış vərəqində qeyd olunan vaxtda imatahan binasında olmaları tövsiyə olunur. 

İmtahana gələrkən şəxsiyyət vəsiqənizi və buraxılış vərəqini gətirməyi unutmayın.

Qaydalarla daha ətraflı tanış olmaq üçün: https://z-aliyeva.edu.az/az/admission/rules/
Elektron qeydiyyat: https://z-aliyeva.edu.az/az/admission/application/