“Dünyaynı tanıyaq” layihəsi tarix aylığı

09 Dekabr 2016

                                                                                                                                                 Tarix kainatın vicdanıdır.

                                                                                                                   Ömər Xəyyam

Tarix elə ortaq sərvətdir ki, ondan hər bir xalq öz fərasətinə görə  pay götürür. Tarix yazmaq tarix yaratmaq qədər önəmlidir. Yazan yaradana sadiq qalmalıdır. Volter yazırdı: “Tarix kralların, generalların yox, məhz millətin tarlasıdır. Hər millət keçmişdə bu tarlaya nə əkibsə, gələcəkdə onu biçər”.

Akademik Zərifə Əliyeva adına liseydə “Dünyayı tanıyaq” layihəsinin də ikinci mərhələsi məhz tarixlə bağlı idi. “Tarix” mərhələsində bir-birindən maraqlı təqdimatlar, çıxışlar münsiflər heyətinin marağına səbəb oldu. Qalib  sinfin yaxın günlərdə məlum olacağı gözlənilir.