Dünya Robot Olimpiadasının Azərbaycan seçimlərində şagirdlərimiz 3-cü yeri tutdular

08 Oktyabr 2017

7 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA-nın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadasının Azərbaycan üçün seçim yarışı keçirilmişdir. Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri  9R1 sinfindən Pərviz Quliyev və Ceyla Hüseynzadə, 10R1 sinfindən Cavid Hüseynzadə liseyimizin adını layiqincə təmsil etmiş və 3-cü yerə çıxmışlar. Biz də şagirdlərimizi qələbə münasibətilə təbrik edir, uğurlarının davamını diləyirik.