Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şənlik keçirildi

28 Dekabr 2016

28.12.2016-cı ildə  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şənlik keçirildi. Şənlikdə bütün siniflər iştirak edirdilər. Şagirdləri həmrəyliyə səsləyən şənliyi Nigar xanım açıq elan etdi. Giriş sözündən sonra söz liseyin direktoru Mehriban Vəliyevaya verildi. O, şagirdlərə ürək sözlərini bildirib kollektivi təbrik etdi. Sonra siniflər müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış etdilər.                                                                                                                                                      

  XI sinif şagirdi Zeynallı İlkinin Şaxta Baba rolunda çıxışı şənliyə gözəl bir ab-hava gətirdi.                                  

  IX siniflərin Həmrəylik Günü ilə bağlı video- roliki alqışlarla qarşılandı.

 Şənlik gözəl əhvali-ruhiyyə ilə başa çatdı.