Diqqət! Diqqət! Akademik Zərifə Əliyeva adına liseyə qəbul davam edir.

16 May 2017

Diqqət! Diqqət! Akademik Zərifə Əliyeva adına liseyə qəbul davam edir. III ixtisas qrupu üzrə rus bölməsində   oxumaq istəyən əziz səkkizincilər! Əgər Siz hüquqşünas, tərcüməçi, filoloq, jurnalist, politoloq, tarixçi, şərqşünas olmaq istəyirsinizsə, o zaman Biz sizi 20 may 2017-ci il tarixində keçirilən sınaq, 3 və 10 iyun tarixlərində keçirilən qəbul imtahanlarında iştiraka dəvət edirik. 

Akademik Zərifə Əliyeva adına liseydə Sizi nələr gözləyir?

- Şagirdlərin hərtərəfli inkişafı üçün əyləncəli, innovativ, yaradıcı, məntiqi təfəkkürü inkişaf etdirən, dünyagörüşünü formalaşdıran-bir sözlə, təhsil, incəsənət, idman yönümlü tədbirlər

- Milli və xarici ədəbiyyatla, beynəlxalq dərsliklərlə zənginləşdirilmiş kitabxana

- Milli və beynəlxalq olimpiadalarda iştirak

- Aktual və bir-birindən maraqlı mövzular üzrə olan Debatlarda iştirak

- Milli və beynəlxalq ( Cambridge, Oxford ) dərsliklər üzrə İngiis dilinin intensiv tədrisi

- Dünyanın aparıcı universitetlərində təhsil almağınız üçün xaricdə təhsil üzrə departament tərəfindən təşkil olunan (SAT, İELTS, TOEFL, TestDaf, YÖS) kurslar

- Azərbaycan universitetlərinə qəbulda yüksək nəticə əldə etməyiniz üçün ciddi dərs prosesi

Daha geniş məlumat almaq üçün Akademik Zərifə Əliyeva adına liseyə müraciət edə bilərsiniz.