Diqqət! Diqqət! Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə! 9-cu sinfə qəbul imtahanlarının keçirilmə vaxtı açıqlandı

26 May 2017

Diqqət! Diqqət! Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə! 

Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfində oxumaq istəyən şagirdlər üçün qəbul imtahanı 2 mərhələdən ibarət olacaq. Həm Azərbaycan, həm də Rus bölməsinə qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ilk mərhələsi 3 iyun 2017-ci il tarixində keçiriləcək. İlk mərhələdə şagirdlər Azərbaycan dili (Rus bölməsi Rus dili) , Məntiq və Riyaziyyata aid sualları cavablandıracaqlar.

II mərhələ isə 10 iyun 2017-ci il tarixində keçiriləcək. Bu mərhələdə iştirak etmək hüququ qazanmış namizədlər 3 fəndən imtahan verəcəklər. 

I QRUP- Kimya, Fizika, İngilis dili

II QRUP- Azərbaycan tarixi, Coğrafiya, İngilis dili

III QRUP- Ədəbiyyat, Tarix (Azərbaycan və Ümumi tarix), İngilis dili

IV QRUP-Biologiya, Fizika, Kimya, İngilis dili

Buraxılış vərəqi 31 may 2017-ci il tarixindən etibarən qəbul imtahanında iştirak edəcək şagirdlərə təqdim olunacaq. 

İmtahanda iştirak edəcək hər kəsə uğurlar arzulayırıq.