Diqqət! Diqqət! Akademik Zərifə Əliyeva adına lisey IX siniflərə şagird qəbulu elan edir.

17 Mart 2017

Diqqət! Diqqət!  2017-2018-ci tədris ili üçün IX siniflərə qəbul elan edilir. 

Sənədlər elektron şəklində sayt vasitəsilə qəbul edilir. Elektron sənəd göndərildikdən sonra aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır. Sənəd qəbulu 1 aprel tarixindən etibarən həftə içi hər gün (şənbə və bazar günü istisna olmaqla) 14:00-dan 16:00-dəkdir.

  • Doğum haqqında şəhadətnamənin surəti (ancaq surəti)
  • 4 ədə 3×4 ölçüdə rəngli fotoşəkil
  • Yarımillik qiymət cədvəli (təsdiqlənmiş)

 Liseyə qəbul 2 mərhələli müsabiqə yolu ilə keçirilir:

I mərhələ : məntiq, riyaziyyat, ana dilindən test imtahanı

II mərhələ: seçdiyi təmayülə görə fənlər üzrə test  imtahanı

II mərhələdə yazılı test imtahanında şagirdlər aşağıdakı fənlər üzrə imtahan verəcəklər:

3. Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların  Azərbaycan və rus bölmələrinin 8 sinfini yaxşı  və əla qiymətlərlə bitirən şagirdlər iştirak edə bilərlər.

  • Riyaziyyat-texniki təmayüllü sinif :

Fizika, kimya, ingilis dili

  • Riyaziyyat-iqtisadiyyat təmayüllü sinif :

Tarix, coğrafiya, ingilis dili

  • Humanitar fənlər təmayüllü sinif :

Tarix, ədəbiyyat, ingilis dili

  • Təbiət fənləri təmayüllü sinif:

Fizika, kimya, biologiya, ingilis dili

Məntiq imtahanı

Şagirdin məntiq səviyyəsinin ölçülməsi məqsədilə aparılır.