Bilik günü

15 Sentyabr 2018

 

  Tarix boyu elmə, biliyə yiyələnmək, onu tədris etmək şərəfli iş hesab olunub. 15 sentyabr Azərbaycanın  çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı - Bilik Günüdür. Bu günü ölkəmizin digər ümumtəhsil məktəbləri kimi liseyimiz də xüsusi qeyd edib.

  Keçirilən açılış tədbirində liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək keçmiş tədris ilinin uğurlarını qeyd edib və bu il də şagirdlərdən yeni uğurlar gözlədiyini bildirib. Tədbirdə iştirak edən rəsmi qonaqlar, valideynlər şagirdlərin müxtəlif çıxışlarını izlədilər. Daha sonra ilk zəngin səsi ilə yeni tədris ili açıq elan edildi.