Beynəlxalq STEAM Azərbaycan Festivalında uğurlu nəticə

09 Dekabr 2022

Dekabrın 9-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib.   

Bağlanış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları iştirak ediblər.  

Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayaraq festival qaliblərini təbrik edib. 

Ölkəmizdə "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayan Emin Əmrullayev bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. 

Layihənin son 3 ildə 100 mindən çox şagird, yüzlərlə məktəbi əhatə etdiyini qeyd edən nazir yaxın vaxtlarda STEAM muzeyi, STEAM İnnovasiya Mərkəzinin də fəaliyyətə başlayacağını əlavə edib. Nazir çıxışının sonunda bir daha qalibləri təbrik edib və bu cür festivalların mütəmadi təşkil ediləcəyini bildirib. 

5 gün davam edən həyəcan dolu bu festivalda liseyimizdən 8 komanda iştirak edib və ümumilikdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və daha 5 fərqli nominasiya üzrə mükafatlar qazanıblar:

 

“Hackathon (School)”
Qızıl medal
Xəlilova Fidan

Gümüş medal
Kazımov Əkbər
Balamirzəyeva Fatimə
Quliyev Hüseynağa

“Survivor (High school)”
Bürünc medal
İsmayılov Yusif
Babazadə Atilla
Əhmədov Emin

Bürünc medal
Sadıqov Kamil
Qəniyev Ayaz
Əzizov Nicat

“Friendly team” nominasiyası
Zeynalov Ayaz
Əliyeva Nuray
Rəhimov Rəsul

“Attractive team” nominasiyası:
Sadıqov Kamil
Qəniyev Ayaz
Əzizov Nicat

“Energy team” nominasiyası:
Alparslan Hüseyn
Eyvazov Hüseyn
Məmmədli İsmayıl

“VEX V5 Challenge (High school)”
“Girls powered” nominasiyası:
Yaqublu Sürayyə
Mövlamlı İnci
Cəfərova Cəmilə

“Sportsman ship award” nominasiyası:
Əl-Salehi Uveys
Maxsudov Kamran
Nurməmməd Nihat