Bakı Ali Neft Məktəbinin nümayəndələri liseyimizin bir qrup şagirdlərilə görüş keçiriblər

25 May 2026

25 may tarixində liseyimizdə Bakı Ali Neft Məktəbi nümayəndələri ilə şagirdlərin görüşü keçirilib.

Görüşdə BANM-ın İnformasiya texnologiyaları kafedrasının müdiri Nailə Allahverdiyeva, Neft-qaz mühəndisliyi kafedrasının müdiri, akademik Samirə Musayeva və BANM-ın İqtisadiyyat və uçot şöbəsinin aparıcı iqtisadçısı Abbas Xasayev iştirak ediblər.

Görüş zamanı şagirdlərə Bakı Ali Neft Məktəbi haqqında ətraflı məlumat verilib, burada tədris olunan ixtisaslar, təhsil imkanları, beynəlxalq proqramlar və tələbə həyatı barədə təqdimat aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların gələcək təhsil seçimləri ilə bağlı fikirləri dinlənilib.

Tədbirdə liseyimizin məzunları – BANM-in Kompüter mühəndisliyi ixtisasının tələbəsi, Prezident təqaüdçüsü Banu Əlili və Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Rəsul Ələkbərov da iştirak ediblər. Onlar BANM-də əldə etdikləri bilik və təcrübələri şagirdlərlə bölüşərək, universitetdə yaradılan şərait, tələbə həyatı və qazandıqları uğurlar barədə məlumat veriblər.