Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir

06 Fevral 2017

 

Elm hüdudsuz bir okeandır. Mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.

İsaak Nyuton

 

Fevral ayınınn 6-da Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirildi. Akademik Zərifə Əliyeva adına liseyin 11a1 sinif şagirdləri həmin təlimlərdə iştirak edərək İKT üzrə bir çox məlumatlar əldə etdilər. Bakı Ali Neft Məktəbinin tələbələrinin düzəltdikləri cihazlarla yaxından tanış olan şagirdlərimiz təlimdən sonra universitetlə də yaxından  tanış olmaq imkanı əldə etdilər. Daha sonra mükafatlandırma mərasimi keçirildi. BANM-ın rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamladı və bu təlimlərin şagirdlərin gələcəyi üçün vacib bir istiqamət olduğunu bildirdi. Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Bakı Ali Neft Məktəbinin rektoru tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar. Sonda xatirə şəkli çəkdirildi.