Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi ilə əlaqədar tarix muzeyinə ekskursiya

02 Mart 2018

  02.03.2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 11a2 sinif şagirdləri tarix müəllimi Aytən Tahirli ilə Azərbaycan Milli tarix muzeyinə səfər etmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi ilə əlaqədar baş tutmuş ekskursiyada Aytən xanım şagirdlərə bu mövzu barəsində məlumatlar vermiş, şagirdləri eksponatlar, o dövrün vacib şəkilləri məlumatları ilə tanış etmişdir.