Aprel döyüşlərinin üçüncü ildönümünə həsr edilmiş tədbir.

05 Aprel 2019

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və ermənistan silahlı qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında  hərbi münaqişə baş vermişdi. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.  Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Bununla əlaqədar aprel ayının 5-i liseydə silsilə tədbirlər keçirilmişdir. İlk öncə polkovnik-leytenant Elşən Qarayev və polkovnik-leytenant Eldəniz Sadıqov lisey şagirdləri ilə görüşdü. Daha sonra isə aprel  döyüşlərindədə iştirak etmiş Xüsusi Təyinatlı Qoşunların zabiti Həsrət Almazlı və aprel şəhidləri haqqında kitab yazan jurnalist Aidə Xanım Eyvazlı Türksoy liseyin qonağı olmuşlar. Tədbiri giriş sözü ilə liseyin direktoru filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mehriban xanım Vəliyeva açdı. Sonra aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həsrət müəllim aprel döyüşlərində iştirak etmiş və şəhid olmuş əsgərlərimizin Vətən sevgisindən, Qarabağ sevgisindən, həmin döyüşlərdən danışdı. Aidə xanım isə şəhid ailələri ilə görüşündən olan təəssüratları liseyin şagird və müəllim kollektivi ilə bölüşdü. Sonda xatirə şəkillər çəkildi.