Ana dilim, sən ki varsan dünyada…

21 Fevral 2021

Liseydə 21 Fevral- Beynəlxalq Ana Dili  Günü ilə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimi N.Axundovanın təşkil etdiyi onlayn tədbir keçirilmişdir. Liseyin rus bölməsinin 9-cu sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş bu tədbirdə “Beynəlxalq Ana dili Günü” nün qeyd olunma  tarixindən  bəhs edən təqdimat nümayiş etdirilmişdir.  Xalqımızın özünəməxsusluğunu müəyyən edən Azərbaycan dilinin əsrlər boyu keçdiyi tarixi yoldan bəsh olunmuş,  Azərbaycanın tanınmış şəxsiyyətlərinin, ictimai xadimlərin dilimiz haqqdında dedikləri kəlamlar səslənmişdir. Dövlətimizin, ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  Azərbaycan dilinin inkişafina göstərdiyi diqqətdən danışılmışdır.

    Daha sonra şagirdlərimizin şifahi xalq ədəbiyyatına nə dərəcədə bələd olmalarına  müəyyənləşdirmək məqsədi  ilə Breyn-rinq keçirilmişdir.