Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri “Bakı Ekspo” Mərkəzində...

07 Oktyabr 2016

Akademik Zərifə Əliyeva adına liseyin 9a1+ və 9a4 sinif şagirdləri 7-9 oktyabr tarixlərində “Bakı Ekspo” Mərkəzində Təhsil Nazirliyinin dəstəyi və iştirakı ilə keçirilən  10-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak etdilər. Sərgidə yerli və xarici universitetlər rəsmi nümayəndələr tərəfindən təmsil olunurdu. Akademik Zərifə Əliyeva adına liseyin şagird kollektivi sərgidə ali  təhsil müəssisələrinin proqramları, distant təhsil sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, dil kursları və yay məktəbləri haqqında ətraflı məlumatlar əldə etdi.

10-cu Beynəlxalq Təhsil Sərgisi oktyabrın  9-dək davam edəcək.