Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Azərbaycan Hərb Tarixi Muzeyində...

07 Oktyabr 2016

 Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri 5 oktyabr 2016-cı il tarixində  liseyin hərbi rəhbəri Qılman Eyvazovun rəhbərliyi ilə Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət etdilər.

Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. 24 ildir fəaliyyət göstərən muzey bu illər ərzində böyük inkişaf yolu keçib. İlk yaradıldığı gündə 200-ə yaxın olan eksponat sayı artıq 11 minə çatır.  Muzey 12 zaldan ibarətdir.

      1.    Qədim, erkən, orta əsrlər dövrü zalı

      2.    Xanlıqlar dövrü zalı

      3.    1801-1918-ci illər zalı

      4.    1918-1920-ci illər zalı

      5.     1920-1939-cu illər zalı

      6.      Hərbi Dəniz Qüvvələri zalı

      7.      Azərbaycan İkinci Dünya müharibəsi illərində zalı

      8.     1946-1991-ci illər zalı

      9.      Heydər Əliyev və ordu quruculuğu zalı

     10.  Quru qoşunları zalı

     11.  Hava hücumundan müdafiə zalı

     12.  Hərbi Hava Qüvvələri zalı

Liseyin şagirdləri açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiya ilə tanış olduqdan sonra  daxili ekspozisiyada  yuxarıda adları qeyd olunan qədim dövrlərdən müasir zəmanəmizə qədər olan dövrü əhatə edən zalları ziyarət ediblər.