Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi və onun adını daşıyan liseyin yaranmasının 15 illiyi ilə əlaqədar tədbir keçirilib

05 İyun 2023

05 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi və onun adını daşıyan liseyin yaranmasının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.

Görkəmli alim, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən əvəzedilməz şəxsiyyət - akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə çəkilmiş “Xeyirxahlıq günəşi” adlı bədii-sənədli filmin təqdimatı keçirilib. Film akademik Zərifə Əliyeva adına lisey kollektivinin iştirakı ilə çəkilib.

Ekran əsərinin rejissoru, Prezident təqaüdçüsü, Azərbaycanın Əməkdar artisti Bəhruz Vaqifoğlu, ssenari müəllifi liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi  Günel Bağırova, məsləhətçi liseyin kitabxana müdiri İradə Hacızadə, prodüseri liseyin direktoru Fərqanə İsayevadır.  

Filmin məqsədi bu dünyanı gözəlləşdirən , insanlığın xilası və xoşbəxt olması yolunda çalışan insanları xatırlamaq və xatırlatmaqdır. Zərifə xanım öz zəhməti sayəsində oftalmologiya sahəsində mühüm elmi yeniliklərə imza atmış, ən ali mükafatlara layiq görülmüş böyük alim, xeyirxah əməl sahibi, müdrik insan idi. Onu tanıyanlar Zərifə xanımı insanların xeyirxah, qoruyucu mələyi  adlandırırdılar. Bu ideya filmin əsas məzmununu təşkil edir.

Liseyin direktoru, filmin prodüseri Fərqanə İsayevanın sözlərinə görə: “Bu il işıqlı xatirəsini yad etdiyimiz bu xeyirxah insan, gözəl ana, qayğıkeş ömür yoldaşı, fədakar alim, dünya oftalmologiya elminə  gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən, istedadlı pedaqoq, fəal ictimai xadim, mürəkkəbliklər içərisində öz sadəliyini qoruyan, əvəzedilməz şəxsiyyət olan akademik Zərifə xanım Əliyevanın 100-cü, liseyin isə fəaliyyətinin 15-ci ildönümüdür. Llisey heyətinin iştirakı ilə “Xeyirxahlıq günəşi” adlı bədii –sənədli film Zərifə xanım Əliyevanın və onun adını qürurla daşıyan liseyin yubileyi münasibətilə çəkilib.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına lisey 2008-ci il 28 aprel tarixində görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edib.

   Bu gün işıqlı xatirəsini  yad etdiyimiz xeyirxah insan, gözəl ana, qayğıkeş ömür yoldaşı, fədakar alim, dünya oftalmaologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən, mürəkkəbliklər içərisində öz sadəliyini qoruyan, əvəzedilməz şəxsiyyət olan Akademik Zərifə xanım Əliyevanın 100 yaşı tamam olur. Belə bir deyim var: “Yüksəkliyi sevgi olan dağın zirvəsi Yaxşılıqdır”. İnsanın daxilindəki yaxşılıq günəşdir, günəş nurdur. Bu nuru həyatda əks etdirən ayna isə məhz gözlərdir.

Zərifə Əliyevanın həyat devizi olan xeyirxahlıq istər müəllim, istərsə də şagirdlər üçün ən ali məqsədə çevrilib. Akademik Zərifə Əliyeva adına lisey ilk gündən bilik qazandırmaqla yanaşı, həm də hər bir şagirdin insanpərvər, xeyirxah fərd kimi formalaşmasını qarşısına əsas məqsəd qoyub. Buna səbəb isə xeyirxahlığın bir müdriklik ağacına bənzəməsidir. Bu gün bu müdrüklük ağacının adı Akademik Zərifə Əliyeva adına lisey, onun kölgəsində mənəvi rahatlığa qovuşanlar isə bizim kollektivimizdir. Biz Akademik Zərifə Əliyeva adına lisey olaraq öz fəaliyyətimizdə insan kapitalının inkişaf etdirilməsi məsələsini əsas tutur və bu yolda etimada sədaqətlə xidmət göstəririk.