Akademik Zərifə Əliyevaya həsr olunmuş "Qadın cəmiyyətin memarıdır" adlı ən yaxşı təqdimat müsabiqəsi

26 Aprel 2017

 

Aprelin 26-da Akademik Zərifə Əliyeva adına liseydə Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş “QADIN CƏMİYYƏTİN MEMARIDIR” adlı ən yaxşı təqdimat müsabiqəsi keçirildi.Müsabiqənin təşkilatçıları  İngilis dili müəllimi Aynur Hüseynova və Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvin Qəribova idi.  Müsabiqə cəmiyyətdə özünü bütün sahələrdə sınamış, sınadığı sahələrdə də özünəməxsus yer tutan qadınlara həsr olunmuşdu. Tədbiri giriş sözü ilə liseyin direktoru Mehriban xanım Vəliyeva açıq elan edərək XX əsrin ən görkəmli nümayəndəsi, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva haqqında çıxış etdi. Tədbirin rəsmi qonağı YAP Yasamal rayon Təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova  idi.       

Müsabiqədə 17 təqdimat nümayiş olundu. Bütün iştirakçılar “Uğurlu çıxışa görə” sertifikatla, ən yaxşı 3 təqdimat sahibləri isə I, II, III yerə layiq görülərək diplomla təltif olundular.

I yer - Əbilova Cəmilə “Dünyanı bəzəyən qadın” (Koko Şanel)

II yer -  Nağıyev Kamal və Cəfərov Məhəmməd “Layiqli həyat yolu” (Salatın Əsgərova)

III yer - Hacızadə Toğrul, Qədimli Nofəl “Sehrli dünyanın müəllifi” (Coan Ketlin Roulinq)

Təltifetmə mərasimindən sonra liseyin qonağı – Tamilla Şahbazova şagirdləri uğurlu iş münasibətilə təbrik edərək ürək sözlərini söylədi.  Tədbirin sonunda xatirə şəkli çəkdirildi.