Akademik Zərifə Əliyeva - Zülmətdə Yaşayan Gözlərin Günəşi...

15 Aprel 2017

 

                                                                                                                                     Elm nurdur, lakin göz olmasa, nur da yoxdur.      
                                                                                                                                                                  Akademik Zərifə Əliyeva 
                                                                                                               
Sevgiyə açıq olan bir qəlb qədər dünyada dəyərli bir şey yoxdur.  
Həzrət Əli deyirdi: " Qəlb təmiz olarsa, dildən gözəl sözlər çıxar".  
Təmiz qəlbli insanların dillərindən gözəl sözlər çıxdığı kimi, onların həyata baxışı, təbiəti və insanları sevmələri məhz sevgilərinin dildə deyil, eyni zamanda ürəkdən və qəlbdən gələn sevgi olduğunun bariz nümunəsidir.   
Həyatda işıq yaratmağın iki yolu vardır. Ya bu yolda çıraq olmaq, ya da işığı əks etdirən ayna olmaq. O məhz işığın aynada əks olunması üçün gecəsini gündüzə qatan yanar çıraq idi. Yaradan yaratdığı nuru itirmiş insanlara yardım üçün məhz onu göndərmişdi. O, Allah qatındakı seçilmişlərdən idi.  
Bu gün işıqlı xatirəsini daima yad etdiyimiz xeyirxah insan fədakar alim, gözəl ana, qayğıkeş ömür yoldaşı, bu gün də bir çox insanların qaranlığını öz nuru ilə işıqlandırmaqda davam edən mürəkkəbliklər içərisində öz sadəliyini qoruyan, əvəzedilməz şəxsiyyət olan akademik Zərifə xanım Əliyevanın dunyasini dəyisməsindən 32 il otur. Belə bir deyim var: " Yüksəkliyi sevgi olan dağın zirvəsi Yaxşılıqdır". Onun kitabında sevmək feilindən sonra gələn ifadə yardım etmək idi. O, insanlığın xilası üçün göndərilmişdi. İnsanın daxilindəki yaxşılıq günəşdir, günəş nurdur, bu nuru həyatda əks etdirən ayna isə məhz gözlərdir. Bu aynanın qüsursuz göstərməsinin təminatçısı isə parlaq xatirəsini daima yad edəcəyimiz xeyirxahlığı həyat tərzinə çevirən akademik Zərifə xanım Əliyevadır. Allah Sizin ruhunuzu şad etsin, Zərifə xanım.