Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri 21-27 may tarixlərində Hindistanda keçirilən 6-cı Amiti Beynəlxalq Olimpiadasında gümüş və bürünc medal, komanda daxilində isə 9 medal qazanıblar

01 İyun 2017

21-27 may 2017-ci il tarixlərində Hindistanın Dehli şəhərində 6-cı Amiti Beynəlxalq Olimpiadası  (Sixth Amity İnternational Olympiad for Science and Mathematics) keçirilib. Olimpiadada 11 ölkə (Azərbaycan, Türkiyə, Hindistan, Qazaxıstan, Türkmənistan, Tacikistan,Banqladeş, Əfqanıstan, Moldova, Laos, Rumıniya) və 276 şagird iştirak edib. Olimpiada Riyaziyyat, Biologiya, Fizika, Kimya fənləri üzrə keçirilib.

Olimpiadada Akademik Zərifə Əliyeva adına liseyi 15 şagird təmsil edib. 15 şagirddən 2-si beynəlxalq, 9-u isə  komanda daxilində medal qazanıblar.

Beynəlxalq medal qazanan şagirdlərimiz:

 1. Qasımlı İbrahim Kimya fənni üzrə gümüş

 2. Məmmədli Ləman Kimya fənni üzrə bürünc 

 

Komanda daxilində medal qazanan şagirdlərimiz:

1. Məmmədzadə Vaqif - biologiya-qızıl

2. Qurbanova Zəhra- kimya- qızıl

3. Aslanzadə Nihad- riyaziyyat-qızıl

4. Əhmədzadə Ayxan - riyaziyyat-qızıl

5. Qasımlı İbrahim-kimya-qızıl; gümüş

6. Məmmədli Ləman- kimya- 2 gümüş

7. Əliyeva Nəzrin- biologiya-gümüş

8. Qənbərov Qulamhüseyn- biologiya-bürünc

9. Aslanov Orxan- riyaziyyat-fərqlənmə

10.İsgəndərli  Murad-riyaziyyat-fərqlənmə

11. Əliyev Orxan-biologiya-fərqlənmə

12. Məmmədli İpək- riyaziyyat-fərqlənmə

13. Hüseynzadə Cavid-riyaziyyat-fərqlənmə

14. Əhmədova Fəridə-riyaziyyat-fərqlənmə

15. Allahverdizadə Səbinə-biologiya-fərqlənmə

Şagirdlərimizi bu önəmli qələbə münasibətilə təbrik edir və uğurlarının davamını diləyirik.