Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Golden BYTE müsabiqəsində uğur əldə etdi

07 May 2018

  04.05.2018-ci il tarixdə İKT üzrə beynəlxalq Golden BYTE çempionatının regional final mərhələsi keçirilmişdir. Liseyimizin 9r1 şagirdi Ruslan Bayramov hazırladığı layihə ilə bütün rəqiblərini qabaqlayaraq regional finalın qalibi olmuşdur. Şagirdimizi qələbə münasibətilə təbrik edir və növbəti mərhələdə də ona uğurlar diləyirik. Xatırladaq ki, böyük final bu il Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcəkdir.