Akademik Zərifə Əliyeva adına liseyin məzunu Stanford Universitetinin magistri oldu

10 İyul 2017

   Zərifə Əliyeva adına liseyin 2012-ci il məzunlarından Riyad Muradov 645 bal toplayaraq BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olmuşdur. BANM-də təhsil aldığı dövrdə, 2012-2014-cü illərdə “AzDimension” şirkətində Gənclər və İdman Nazirliyi tərəfindən sifariş olunmuş onlayn oyun layihəsinin üzərində çalışmışdır. 2013-cü ildə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan mühafizəsi üzrə təlim mərkəzində təlim kursunu uğurla başa vuraraq sertifikat əldə etmişdir. 2014-cü ildə 28 May NQÇİ-də iki həftə ərzində dənizdə və 2015-ci ildə BP şirkətində on həftəlik istehsalat təcrübəsi keçmişdir. 2016-ci ildən SPE BHOS Student Chapter-in idarə heyətinə sədrlik etmişdir. Bu günlərdə bakalavr təhsilini başa vuran məzunumuzdan xoş soraq aldıq. Riyad ABŞ-ın Stanford Universitetinin magistraturasına təqaüdlü proqram üzrə qəbul olmuşdur. Qeyd edək ki, Stanford Universiteti dünyanın ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. Məzunumuzu təbrik edir və uğurlarının davamını diləyirik.