Zərifə Əliyeva adına liseyin 2012-ci il məzunlarından Riyad Muradov 645 bal toplayaraq BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olmuşdur. BANM-də təhsil aldığı dövrdə, 2012-2014-cü illərdə “AzDimension” şirkətində Gənclər və İdman Nazirliyi tərəfindən sifariş olunmuş onlayn oyun layihəsinin üzərində çalışmışdır. 2013-cü ildə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan mühafizəsi üzrə təlim mərkəzində təlim kursunu uğurla başa vuraraq sertifikat əldə etmişdir. 2014-cü ildə 28 May NQÇİ-də iki həftə ərzində dənizdə və 2015-ci ildə BP şirkətində on həftəlik istehsalat təcrübəsi keçmişdir. 2016-ci ildən SPE BHOS Student Chapter-in idarə heyətinə sədrlik etmişdir. Bu günlərdə bakalavr təhsilini başa vuran məzunumuzdan xoş soraq aldıq. Riyad ABŞ-ın Stanford Universitetinin magistraturasına təqaüdlü proqram üzrə qəbul olmuşdur. Qeyd edək ki, Stanford Universiteti dünyanın ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. Məzunumuzu təbrik edir və uğurlarının davamını diləyirik.
Akademik Zərifə Əliyeva adına liseyin məzunu Stanford Universitetinin magistri oldu
10 İyul 2017
