Akademik Zərifə Əliyeva adına liseyin bir qrup müəllim-şagird heyəti "Gələcəyin məktəbi" adlı I beynəlxalq konfransda iştirak edib

07 Aprel 2017

31 mart - 2 aprel  tarixlərində "Gələcəyin məktəbi" adlı I beynəlxalq  konfrans keçirilib. "TALLİNK" laynerinin göyərtəsində təşkil olunan konfransda Bakı, Moskva, Sankt-Peterburq, Tiflis, Dublin məktəblərinin şagirdləri  iştirak ediblər. Konfransda Akademik Zərifə Əliyeva adına liseyi bir qrup müəllim-şagird heyəti təmsil edib. Məktəb komandalarının hər biri "Gələcəyin məktəbi" ilə bağlı öz düşüncələrini bildirib, eyni zamanda qruplararası müzakirə zamanı layihələrini təqdim edib.Yüksək səviyyədə təşkil olunmuş ekskursiya zamanı şagirdlər Riqa və Stokholm şəhərləri ilə yaxından tanış olublar.