Akademik Zərifə Əliyeva adına liseyin 9R2 sinif şagirdi Quliyev Barat "Qılıncoynatma" idman oyunu üzrə I yerə layiq görülüb.

15 Yanvar 2017

Qılıncoynatma-qılıncla döyüş fəaliyyətidir. Qılıncoynatmanın ən geniş yayılmış növü silah kateqoriyalarına görə üç yerə bölünür: rapira, qılınc və şpaqa. Akademik Zərifə Əliyeva adına liseyin 9R2 sinif şagirdi Quliyev Barat qılıncoynatma (şpaqa) idman növü üzrə yarışda I yerə layiq görüldüyünə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif olunub. Şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.