Akademik Zərifə Əliyeva adına liseyin 2016-cı il məzunlarından olan 11A2 sinif şagirdləri "Əziz müəllimlərimiz, biz daima sizinləyik!" devizi ilə müəllimlərinin ziyarətində

15 Yanvar 2017

Müəllim şagirdinin qəlbinə şəfqət və sevginin möhürünü  vuran  biridir. Müəllim insanpərvər, şəfqətli, nikbin, ilham qaynağı olmalıdır.  Unutmaq lazım deyil ki, təhsilin qəlbi yaxşı Müəllimdir. Müəllim yaşadığı hər bir şagird qəlbinin səhifə-səhifə əsəridir. Ona olan sevgini anlatmağa nə bir gün, nə də bir ömür yetməz, haqqı isə ömür bitsə, ödənməz.

Kimdir müəllim?

  • Müəllim haqqı əsla ödənməyəndir.
  • Müəllim bir şagirdin yazdığı ilk hərfdir.
  • Müəllim bir neçə saatlıq da olsa insanın  ana-atadan  ayrılıb əmanət edildiyi doğmadır.
  • Müəllim Təhsilin qəlbidir.
  • Müəllim bilik çeşməsidir.
  • Müəllim əyilməz bir dağdır.
  • Müəllim insanı cəhalətin qaranlığından çıxardacaq bir məşəldir.
  • Müəllim gələcəyimizin memarıdır.
  • Müəllim  ilk öncə dərs, daha sonra həyat kitabını oxumağı öyrədəndir.
  • Müəllim gəncliyin ruhunda əbədiyyətə hökm edən günəşi qürub etdirməyən varlıqdır.
  • Əsl müəllim öz müəllimini bilik və şəfqətdə keçən və eyni zamanda, özünü keçəcək şagirdlər yetişdirən biridir.
  • Müəllim dünyanın qəlbinə əbədi imza atmış və əsla yeri doldurulmayacaq bir şəxsdir. 

Akademik Zərifə Əliyeva adına liseyin 2016-cı il məzunlarından olan11A2 sinfi... Akademik Zərifə Əliyeva adına liseydə hər bir müəlliminin qəlbində sevgi və hörmətlə xatırlanan bir sinif... Dünənin şagirdləri, bu günün isə yüksək balla Tələbə adını qazanmış gəncləri... Müəllimə olan hörmət, sevgi və qayğının vacibliyini daima xatırlayan yüksək mədəniyyətə malik Azərbaycan gəncləri.

15 yanvar 2016-cı il tarixində “Əziz müəllimlərimiz, biz daima sizinləyik!” devizi ilə 2016-cı il məzunlarından olan 11A2 sinif şagirdləri   ilk olaraq ziyarət etdikləri sevimli sinif rəhbərləri və eyni zamanda Akademik Zərifə Əliyeva adına liseyin təlim-tərbiyə işləri üzrə müdir müavini olan Leyla Fətiyeva ilə bərabər digər sevimli  müəllimlərindən olan coğrafiya müəllimi  Mehman Daşdəmirovun  evində qonaq oldular. Sevimli müəllimləri ilə birgə xoş anlar yaşayan şagirdlərin sevgisini söz ilə izah etmək, təbii ki, mümkün deyildi.  Ziyarət zamanı xatirələrə səyahət edərək acılı-şirinli günləri yad edən şagirdlərin  onlara olan sədaqəti müəllimlərin qəlbində əbədi unudulmayacaq anların yaşanmasına səbəb oldu.

Bu bir daha sübut etdi ki, Akademik Zərifə Əliyeva adına lisey yalnız məktəb deyil və o yalnız savadlı şagird yetişdirmir.Akademik Zərifə Əliyeva adına lisey öz isti nəfəsini daima övladlarının üzərindən çəkməyən və sədaqətli övladlarını daima bağrına basmağa hazır olan  bir ailədir.