Akademik Zərifə Əliyeva adına liseydə "Novruz mənəvi dəyərlərimizin bayramıdır" başlıqlı tədbir keçirildi

16 Mart 2017

Təbiət tanrının yazdığı kitab,saysız-hesabsız nadir və gözəl abidələrin müəllifidir.

Bahar Arzu ağacının çiçəkləndiyi fəsildir. İnsanlığın şəfası da məhz qəlbindəki baharı-ümidin fəslini görə bilməkdir. 

16 mart 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə "Novruz mənəvi dəyərlərimizin bayramıdır" başlıqlı tədbir keçirildi. Tədbir bir-birindən maraqlı musiqi və rəqs nömrələri, milli oyunlarımızdan olan qol güləşi, xalq bayatıları,haxıştalar, Novruzla bağlı şeirlərlə yadda qaldı. İştirakçıların diqqətini cəlb edən ən yaddaqalan səhnə isə Kosa ilə Keçəlin deyişməsi oldu. Sonda liseyin direktoru Mehriban Vəliyeva bütün tədbir iştirakçılarını Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi. Tədbir birlik rəmzi olan "Yallı" ilə yekunlaşdı.