Akademik Zərifə Əliyeva adına liseydə "İnternational Departament-Xaricdə təhsil və Dil mərkəzi" fəaliyyət göstərir

06 Aprel 2017

Hörmətli valideynlər, əziz lisey şagirdləri, Sizləri liseyimizdə fəaliyyətə başlamış "İnternational Departament- Xaricdə təhsil və Dil mərkəzi"-nə dəvət edirik. İnternational Departamentdə siz Almaniya universitetlərində təqaüdlü təhsil proqramları ilə tanış olub, eləcə də Alman dili, General English (ingilis dilində danışıq), İELTS, SAT kimi kurslarda iştirak edə bilərsiniz. 

İELTS (İnternational English Language Testing System) dərsləri həftədə 2 dəfə 2 saat olmaqla keçirilir. Burada siz step-by-step learning, game lesson, situational learning kimi yeni və asan metodlarla əylənərək öyrənmək, eyni zamanda gələcəkdə iş həyatı və xaricdə təhsil almaq imkanı qazanmaq üçün çox əhəmiyyətli olan Beynəlxalq İngilis dili sertifikatını əldə edə bilərsiniz. 

Kursumuzu seçməklə siz maddi olaraq daha sərfəli, zaman itirmədən və əlavə məsafə qət etmədən, fərqli əyləncəli və maraqlı fəaliyyət növlərində (Conversation Club, Movie day) iştirak etmək və xaricdə təhsil almaq imkanı qazanırsınız.

 

Əlavə məlumat üçün:

Tel: 050 970 53 24

E-mail:wovket.quluzade@mail.ru

Otaq: 101

Əlaqədar şəxslər: Dursun xanım, Şövkət xanım