“Ağıllı Şəhər-Bakı” layihəsinin qalibləri

27 Yanvar 2021

26-27 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə məktəblilər arasında  “Ağıllı Şəhər-Bakı” layihəsi -“Nə? Harada? Nə zaman?” oyunu üzrə I onlayn Respublika Çempionatı keçirilmişdir. Bu çempionatda  liseyimizi 9r1 sinfinin “Золотое сечение”   ( Zolotoye seçeniye ) komandası təmsil etmişdir. Göstərdiyi uğurlu oyuna görə Akademik Zərifə Əliyeva adına liseyin “Золотое сечение”   komandası II yerə layiq görülmüş, müvafiq  kubok ,diplom və medal, “Ali və Nino” kitab evinə  hədiyyə kuponları ilə  təltif olunmuşdur.

     27.01.2021-ci il tarixində liseydə karantin rejiminin qaydalarına uyğun olaraq komanda üzvlərinə kubok, dioplom ,medal və hədiyyə kuponları təqdim olunmuşdur. Liseyin direktoru A.Hüseynova şagirdləri təbrik etmiş, gələcəkdə onlara daha böyük uğurlar arzulamışdır.