ADA universititenə ziyarət

01 Dekabr 2016

                                                                                            Oxumağı heç bir xəzinəyə dəyişmərəm.

Bir insanın universiteti bitirməyinə kömək edə bilərsiniz, ancaq istəməsə, ona əsla düşünməyi öyrədə bilməzsiniz.

Unutmaq lazım deyil ki, yaşadığımız hər an öz haqqını tələb edər. Bizlərin də borcu hər günümüzü həyatımıza zənginlik qatacaq şəkildə yaşamaqdır. Məhz bu məqsədlə 1 dekabr 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 11r1 sinfi ADA universitetində oldu. Azərbaycanlı və müxtəlif ölkələri təmsil edən tələbələrdən ibarət təhsil mühiti ilə tanış olan şagirdlər daha sonra ölkədə ən zəngin xarici dilli kitabxana və elektron məlumat bazasında oldular. Lisey şagirdlərinin diqqətini cəlb edən əsas məsələlərdən biri də tələbənin karyerasına və peşəkar inkişafına fərdi yanaşma oldu. Universitetə qəbul olmaq qaydaları haqqında ətraflı məlumat əldə edən şagirdlər  düşünməyi öyrədən və rəqabətə açıq dünya insanı yetişdirmək gücündə olan təhsil müəssisəsi ADA-dan xoş təəssüratlarla ayrıldılar.