ABŞ-da keçirilən 10-cu Beynəlxalq Davamlı Dünya-Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadasında Akademik Zərifə Əliyeva adına liseyin 10R1 sinif şagirdi Nailə Məmmədova bürünc medal qazanıb.

16 May 2017

ABŞ-ın Texas ştatının Houston şəhərində10-cu Beynəlxalq Davamlı  Dünya- Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadası (ISWEEP International Sustainable World Energy Engineering Environment Project Olympiad ) keçirilib. Olimpiadada 63 ölkədən 440 layihə ilə 700 şagird iştirak edib. Olimpiadada Azərbaycanı "Günəş enerjisinin çevrilməsi və səmərəliliyinin artırılması üçün yeni GaSe nanostrukturların inkişafı"adlı layihə ilə Akademik Zərifə Əliyeva adına liseyin 10R1 sinif şagirdi Nailə Məmmədova və İstək liseyinin 8-ci sinif şagirdi Aytən Qayıbova yüksək səviyyədə təmsil edərək bürünc medala layiq görülüblər. 

Akademik Zərifə Əliyeva adına lisey olaraq hər iki şagirdi təbrik edir və elm yolunda daima Uğur zirvəsinə yüksəlmələrini arzulayırıq.