2016-2017-ci tədris ilinin 30 aprel və 7 may tarixlərində keçirilən universitetlərə qəbul imtahanının yekun nəticələrinə dair hesabat

11 May 2017

Min mil ölçüsündə olan yol sadəcə bir addımla başlayır

Lao Szı

2016-2017-ci tədris ilinin 30 aprel və 7 may tarixlərində keçirilən universitetlərə qəbul imtahanında Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri çox uğurlu nəticələr əldə ediblər. Qeyd edək ki, bu il Akademik Zərifə Əliyeva adına liseyi 178 şagird bitirəcək. Bu şagirdlərin bir qismi SAT, YÖS, İELTS kimi beynəlxalq səviyyəli imtahanlarda yüksək nəticələr əldə edib. Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında isə 52 nəfər 500-600, 48 nəfər 600-700 və nəhayət, iki nəfər: 11A3 sinif şagirdi İsmayılova Səbinə, 11A1 sinif şagirdi Əhmədov Elmir ən yüksək nəticə olan 700 balı qazanıblar. 

Akademik Zərifə Əliyeva adına lisey olaraq şagirdlərimizi və onların üzərində əziyyəti olan hər bir müəllimi təbrik edir, uğurlarının davamını diləyirik.